|
20 dekabr 2012, 21:45
İlham Əliyev Qusar-Ləzə avtomobil yolunun açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Qusar-Ləzə avtomobil yolunun açılışında iştirak etmişdir. Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, Şahdağ qış-yay turizm kompleksinin tikintisi zamanı yol infrastrukturunun yenidən qurulmasına da xüsusi diqqət yetirilmişdir. Azərbaycan Prezidentinin tapşırığına əsasən, Şahdağ qış-yay turizm kompleksinə gedən avtomobil yolu genişləndirilmiş, körpülər salınmış, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri həyata keçirilmişdir. Görülən tədbirlər ilin bütün fəsillərində turistlərin kompleksə gediş-gəlişini asanlaşdırmışdır. Dövlət başçısı yolun texniki göstəricilərini əks etdirən stendlərə baxdı. Bildirildi ki, yolun inşasına Nəqliyyat Nazirliyinin sifarişi ilə 2007-ci ildə başlanılmışdır. İkizolaqlı yolun uzunluğu 39 kilometr, eni 8 metrdir. Yol üzərində ümumi uzunluğu 318 metr olan 8 körpü inşa olunmuşdur. Prezident İlham Əliyev Qusar-Ləzə avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi. ![]() 20 dekabr 2012, 19:35
“Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 noyabr tarixli 182 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
more...
AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.