|
07 avqust 2013, 15:40
İlham Əliyev Kürdəmirə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur
Prezident İlham Əliyev Kürdəmirə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur. Dövlət başçısına məlumat verildi ki, Mərkəzin yerləşdiyi Heydər Parkı Kürdəmir şəhər sakinlərinin üz tutduqları ən sevimli məkanlardan biridir. Burada yerli əhalinin və qonaqların istirahəti üçün hər cür şərait yaradılmışdır. Ərazidə aparılan kompleks yenidənqurma, abadlaşdırma və yaşıllaşdırma işləri bu məkanı Kürdəmirin ən gözəl yerlərindən birinə çevirmişdir. Azərbaycan Prezidenti Mərkəzin binasının birinci mərtəbəsindəki fotoguşələrə və virtual sinfə baxdı. Mərkəzdə ulu öndər Heydər Əliyevin möhtəşəm portreti diqqəti cəlb edir. Burada Ümummilli Liderin və Prezident İlham Əliyevin Kürdəmir rayonuna müxtəlif dövrlərdə səfərlərini əks etdirən fotoguşələr xüsusi zövqlə tərtib olunmuşdur. Nümayiş etdirilən fotolarda Ulu Öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik dövrü, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi, Azərbaycan Kommunist Partiyasının birinci katibi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu dövrləri, 1990-1992-ci illərdə Naxçıvandakı fəaliyyətini və sonradan Azərbaycan Respublikasının Prezidenti olduğu dövrlərin ayrı–ayrı məqamları geniş işıqlandırılmışdır. Dahi rəhbər Heydər Əliyev bütün mənalı və şərəfli ömrünü, özünün də dediyi kimi, Azərbaycan xalqına bağışlamışdır. Buradakı eksponatlar və fotolardan da aydın görünür ki, müasir Azərbaycan tarixinin çox mühüm və taleyüklü səhifələri məhz dünya şöhrətli siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. İkinci mərtəbədə ekspozisiya zalı və müxtəlif tədbirlərin keçirilməsi üçün 300 nəfərlik akt zalı vardır. Burada, həmçinin Ümummilli Liderin zəngin irsini təbliğ etmək üçün tədris otağı yaradılmışdır. Dövlət başçısına məlumat verildi ki, Heydər Əliyev Mərkəzinin inşasına ötən ilin iyulunda başlanılmış, bu ilin iyulunda başa çatdırılmışdır. Ümumi sahəsi 2524 kvadratmetr olan Mərkəzin üçmərtəbəli binasında ulu öndər Heydər Əliyevə aid kitablar və müxtəlif tarixi sənədlər də sərgilənir. Mərkəzin elektron kitabxana, tədris, poeziya otaqları, 300 nəfərlik konfrans zalı, xarici dil kursları da ən müasir səviyyədə tərtib olunmuşdur. Burada rəqs, heykəltəraşlıq, xalçaçılıq dərnəkləri, rəsm studiyası, 3D kinozalı, internet kafe və fotostudiya fəaliyyət göstərir. Bir sözlə, Mərkəzdə ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinin hərtərəfli təbliği üçün geniş şərait yaradılmışdır. ![]() 07 avqust 2013, 16:15
İlham Əliyev Kürdəmir şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.