|
04 sentyabr 2013, 23:15
İlham Əliyev Masallıda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Masallıda Heydər Əliyev Mərkəzinin yenidənqurmadan sonra açılışında iştirak etmişdir. Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, şəhərdə yenidən qurulan Heydər Əliyev Mərkəzi Ümummilli Liderin xatirəsinə dərin ehtiramın nümunəsidir. Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer almışdır. Burada görkəmli dövlət xadimi Heydər Əliyevin gərgin siyasi fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, Azərbaycan iqtisadiyyatının ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, qüdrətli ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən fotolara geniş yer verilmişdir. Bildirildi ki, Ümummilli Liderin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan mərkəzdə Ulu Öndərin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, şəkillər, tarixi sənədlər, eksponatlar, o cümlədən Masallıya səfərlərini əks etdirən fotolar nümayiş etdirilir. Burada kompyuterlər və digər ən müasir avadanlıqla təchiz olunan xidməti otaqlar fəaliyyət göstərəcəkdir. 250 və 100 nəfərlik iki konfrans zalının mövcud olduğu mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Vurğulandı ki, mərkəzdə internet kafe və 3D kino zalı fəaliyyət göstərir. Burada məktəblilərin Azərbaycanın zəngin tarixini dərindən öyrənmələri üçün xüsusi dərnəklər yaradılmışdır. Rəsm studiyası, fotostudiya, xalq sənətkarlığı otağı da məhz belə dərnəklərdəndir. Mərkəzdə yaradılan xalq sənətkarlığı otağında Azərbaycanın qədim musiqi alətləri və xalçaçılıq nümunələri nümayiş etdirilir. Elektron kitabxanada isə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətindən bəhs olunan, o cümlədən Azərbaycan tarixini, ədəbiyyatını və mədəniyyətini özündə əks etdirən elekton vəsaitlər yer almışdır. Burada “eko-sinif” də fəaliyyət göstərir. Sinifdə ölkəmizin flora və faunasının qorunması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən İDEA kampaniyası haqqında məlumatların əks olunduğu lövhələr yer almışdır. Qeyd edildi ki, 2012-ci ildə birinci Beynəlxalq folklor festivalı və ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan ikinci Beynəlxalq folklor festivalı Masallıda keçirilmiş və şəhər 2012-ci ildə Azərbaycanın folklor paytaxtı seçilmişdir. Prezident İlham Əliyev kompyuter, xarici dil otağı və milli rəqs otaqlarına baxdı. Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev Masallı rayon incəsənət məktəbinin, tarix-diyarşünaslıq muzeyinin fəaliyyətini, Masallıda həyata keçirilən abadlıq və quruculuq işlərini əks etdirən fotolara baxdı. Viləşçay sahilində park-bulvar layihəsi dövlətimizin başçısına təqdim olundu. Prezident İlham Əliyev Mərkəzdə yaradılan şəraiti yüksək qiymətləndirdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.