17 mart 2015, 13:30

Əbülfət Heydərovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Qarşıdan gələn Novruz bayramı münasibətilə Sizi şəxsən öz adımdan, ailəm, yaxınlarım, dostlarım və işlədiyim Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Neftqaztikinti" Trestinin kollektivi adından səmimi qəlbdən təbrik edir, Azərbaycanın çiçəklənməsi naminə gələcək fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətli cənab Prezident, ümummilli liderimiz Heydər Əliyevin ölməz ideyalarının həyata keçirilməsindəki fəaliyyətinizə görə Sizə təşəkkür edirik. Hər zaman Sizin yanınızdayıq. Ulu öndər Heydər Əliyevin əziz xatirəsi xalqımız üçün həmişə əzizdir, əbədidir və unudulmazdır.

Hörmətli cənab Prezident, ölkəmizdə keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunlarının başlamasına az bir müddət qalıb. Belə bir çətin və şərəfli işlərin layiqincə həyata keçirilməsində, həmçinin Azərbaycan Respublikasının dünya dövlətləri sırasında tanıdılmasında böyük zəhməti olan birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Heydərov Əbülfət Yusif oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.