İlham Əliyevin və Çexiya Prezidenti Miloş Zemanın geniş tərkibdə görüşü olub

15 sentyabr 2015, 17:40
İlham Əliyevin və Çexiya Prezidenti Miloş Zemanın geniş tərkibdə görüşü olub

Təkbətək görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Çex Respublikasının Prezidenti Miloş Zemanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Dövlət başçıları görüşdə çıxış etdilər.

Prezident İlham ƏLİYEV dedi:

-Hörmətli cənab Prezident.

Nümayəndə heyətinin üzvləri.

Bir daha Azərbaycana xoş gəlmisiniz.

Cənab Prezident, Sizi görməkdən məmnunam. Bu, Sizin ölkəmizə ilk səfərinizdir. Əminəm ki, səfər çox uğurlu olacaq və biz ikitərəfli əlaqələrdə irəli addımlayacağıq.

Bir qədər əvvəl müzakirələrdə dediyimiz kimi, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir. Əlaqələr bir çox sahələri əhatə edir və yaxşı təmələ malikdir. Biz siyasi, iqtisadi, mədəni, enerji sahələrində əməkdaşlıq edirik. İkitərəfli səviyyədə bizim aramızda tam qarşılıqlı anlaşma var.

Biz Sizinlə bir neçə dəfə Çex Respublikasında, digər yerlərdə görüşmüşük və indi Bakıda görüşürük. Əlaqələrimizin inkişafı və regional məsələlərlə bağlı bizim aramızda tam qarşılıqlı anlaşma var.

Bu gün biz regional vəziyyəti də müzakirə etdik. Regional sabitlik, proqnozlaşdırma imkanı müsbət inkişafın mühüm elementlərindəndir. Sabitliyin pozulduğu ölkələrdə biz çox mənfi nəticələrin şahidi oluruq. Çex Respublikası və Azərbaycan yaxşı tərəfdaş, dost ölkələrdir. Sözsüz ki, biz əsas diqqəti iqtisadi əməkdaşlığın stimullaşdırılmasına yönəldəcəyik.

Sabah biz ölkələrimizin biznes dairələri ilə görüşəcəyik. Biznes sahəsində böyük potensial var. Biz sözsüz ki, indi bunu nümayəndə heyətlərinin iştirakı ilə geniş müzakirə edəcəyik, lakin Sizin səfəriniz ərəfəsində mənim əldə etdiyim məlumat qarşılıqlı ticarətdə yaxşı irəliləyişin, artımın olduğunu göstərir. Biz ticarətin strukturuna diqqət yetirməli və onu indikindən daha balanslaşdırılmış etməliyik.

Cənab Prezident, bir daha xoş gəlmisiniz. Əminəm ki, Azərbaycanda vaxtınızı mənalı keçirəcəksiniz, ölkəmiz barədə daha çox məlumat əldə etmək imkanınız olacaq. Çox sıx səfər proqramınız var. Sizə ən xoş arzularımı çatdırıram. Təşəkkür edirəm.

                                                                                  X X X

Çexiya Prezidenti Miloş ZEMAN dedi:

-Təşəkkür edirəm, cənab Prezident.

İcazə verin, Sizin sözünüzü təkrarlayım. Dediyiniz kimi, əməkdaşlıq barədə xoş sözlər söyləmək gözəldir, lakin konkret müqavilələri imzalamaq bundan da yaxşıdır. Mən haqlıyammı? Çox gözəl. Mən və mənim həmkarlarım ölkənizə hansısa problemi həll etmək üçün gəlməmişik. Çünki bizim aramızda ümumiyyətlə problem yoxdur. Biz iqtisadi əməkdaşlığımızın potensialından istifadə etmək, bu potensialı daha da artırmaq üçün buradayıq.

                                                                                  X X X

Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd olundu, iqtisadi əməkdaşlığımızın inkişafından məmnunluq ifadə edildi və bu əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi. Nəqliyyat, energetika, qarşılılıqlı investisiya qoyuluşu, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

SƏNƏDLƏR Sərəncamlar 13 may 2024
13:18
Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...

13 may 2024, 13:18
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
13:16
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1141-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi...

13 may 2024, 13:16
SƏNƏDLƏR Qanunlar 13 may 2024
13:14
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun...

13 may 2024, 13:14
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
12:57
“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və...

13 may 2024, 12:57