Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerinidən

08 dekabr 2015, 17:30

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

“Günəşli” neft yatağında ötən cümə günü baş vermiş və insanların həlak olması ilə nəticələnmiş qəza barədə aldığım xəbər məni dərindən sarsıtdı. Avropa İttifaqı adından həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, itkin düşənlərin aqibəti ilə bağlı narahatlığımı bildirir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edəsiniz.

Hörmətlə,

Federika Moqerini

Avropa İttifaqının ali nümayəndəsi, Avropa

Komissiyasının vitse-prezidenti