İlham Əliyevin və Yunanıstan Prezidenti Karolos Papulyasın geniş tərkibdə görüşü keçirilmişdir

05 aprel 2011, 13:30

Təkbətək görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Yunanıstan Prezidenti Karolos Papulyasın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilmişdir.

Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Mən Sizi ürəkdən salamlayıram, Azərbaycana xoş gəlmisiniz!

Ölkələrimiz arasında əlaqələr çox sürətlə inkişaf edir və əminəm ki, Sizin səfəriniz bu əlaqələrin inkişafında mühüm mərhələ olacaqdır. Siyasi əlaqələrimiz inkişafdadır və Sizin səfəriniz bunun bariz nümunəsidir. İqtisadi sahədə gözəl perspektivlər vardır və hökumətlərarası komissiya çox uğurla fəaliyyət göstərir. Enerji sahəsində əməkdaşlığın artıq gözəl ənənələri vardır və ümid edirəm ki, yaxın zamanlarda bu əlaqələr yeni mərhələyə qədəm qoyacaqdır. Eyni zamanda, bu gün biz Sizinlə insanlar arasındakı əlaqələr haqqında da fikir mübadiləsi apardıq və biz çox maraqlıyıq ki, vətəndaşlarımız bir-birilərini daha da yaxşı tanısınlar və beləliklə, əlaqələrimiz daha da çoxşaxəli olsun və əməkdaşlığın nəticələri daha da böyük olsun.

Mən əminəm ki, Sizin səfəriniz çox uğurlu keçəcək, səfərin çox gözəl nəticələri olacaq və səfərdən sonrakı dövrdə Yunanıstan və Azərbaycan birlikdə çox böyük işlər görəcəklər.

Bir daha Sizi səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz.

X X X

Yunanıstanın Prezidenti Karolos PAPULYAS səmimi qəbul üçün minnətdarlığını bildirərək dedi:

Çox sağ olun, cənab Prezident!

Bizə göstərilən səmimi qonaqpərvərliyə görə şəxsən öz adımdan və Yunanıstan nümayəndə heyəti adından Sizə dərin minnətdarlığımı bildirirəm. Mən, sadəcə, Sizin burada dediyiniz sözləri bir daha təkrar etmək istəyirəm ki, bizim münasibətlərimizin gələcəyi parlaqdır. Təkbətək görüş zamanı əməkdaşlığımızın vacibliyi vurğulandı. Sizin Afinaya etdiyiniz rəsmi səfər böyük əhəmiyyət kəsb edir və bu, əslində, münasibətlərimizin inkişafında yeni bir mərhələyə çevrildi. İndi isə mən Sizin ölkənizdə səfərdəyəm və mən də ümidvaram ki, bu səfərim münasibətlərimizin inkişafına yeni təkan verəcəkdir.

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 13 may 2024
13:18
Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...

13 may 2024, 13:18
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
13:16
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1141-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi...

13 may 2024, 13:16
SƏNƏDLƏR Qanunlar 13 may 2024
13:14
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun...

13 may 2024, 13:14
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
12:57
“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və...

13 may 2024, 12:57