İlham Əliyev Oğuz rayonuna səfəri çərçivəsində rayon məhkəməsinin inzibati binasının açılışında iştirak etmişdir

16 noyabr 2011, 18:00
İlham Əliyev Oğuz rayonuna səfəri çərçivəsində rayon məhkəməsinin inzibati binasının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Oğuz rayonuna səfəri çərçivəsində rayon məhkəməsinin inzibati binasının açılışında iştirak etmişdir.

Dövlət başçısı Oğuz Rayon Məhkəməsinin köhnə və yeni binalarının görüntülərini əks etdirən fotostendə baxdı.

Məlumat verildi ki, Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində ilk məhkəmə binası Oğuz rayonunda inşa olunmuşdur. İkimərtəbəli binanın tikintialtı sahəsi 840, ümumi ərazisi isə 1500 kvadratmetrdir. İnşasına 2010-cu ildə başlanılmış binanın ətrafında geniş abadlıq işləri aparılmışdır.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotoguşə yaradılmışdır. Müasir səviyyədə inşa edilən bina bütün zəruri avadanlıqla təchiz edilmişdir.

Prezident İlham Əliyevə Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində inşa olunacaq məhkəmə binalarının layihələri təqdim edildi. Bildirildi ki, 20-dən çox yeni məhkəmə binasının, həmçinin bir neçə məhkəmənin yerləşəcəyi məhkəmə komplekslərinin layihələri hazırlanmışdır. Hazırda Yasamal, Gəncə şəhəri Nizami rayonu, Gədəbəy məhkəmələrinin binalarında son tamamlama işləri gedir. 2012-ci ildə isə Sabunçu və Şirvan məhkəmə komplekslərinin inşasına başlanılacaqdır. Məhkəmə kompleksi bir binada bir neçə məhkəmənin fəaliyyət göstərməsinə imkan verəcəkdir ki, bu da şikayətlərə baxılması ilə bağlı vaxt itkisinin qarşısını alacaqdır.

Diqqətə çatdırıldı ki, Oğuz Rayon Məhkəməsinin yeni binası digər məhkəmə binalarından bir sıra yenilikləri ilə fərqlənir. Belə ki, bina inzibati və ictimai zonalara bölünür və hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulmuşdur. Ədliyyə Nazirliyinin icra qrupu, dövlət ittihamçısı və vəkillər ictimai zonadan istifadə edəcəklər. Bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər.

İctimai zonada məhkəmə ilə əlaqədar məlumatların əldə edilməsi üçün xüsusi monitorlar quraşdırılmışdır. Binada biri mülki, digəri isə cinayət işləri üçün nəzərdə tutulmuş iki məhkəmə zalı vardır. Zallarda proseslərin audio və video yazılışlarını aparan “Femida” sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi üçün bütün zəruri infrastruktur yaradılmış, habelə müasir tipli İP təhlükəsizlik kameraları quraşdırılmışdır. Məhkəmə zalları şahidlərin ifadələrinin dinlənilməsinə imkan verən müasir İKT avadanlığı ilə təchiz edilmişdir. Təqsirləndirilən şəxslər digər məhkəmələrdə olduğu kimi, zallarda dəmir barmaqlıqlar arxasında deyil, xüsusi ayrılmış şüşə otaqda saxlanılır.

BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq Oğuz Rayon Məhkəməsinin binasında əlillərin sərbəst hərəkəti üçün bütün şərait yaradılmışdır. Girişlərdə metal aşkarlayıcı elektron qurğu və turniketlər quraşdırılmışdır ki, bu da ilk növbədə məhkəmə proseslərində təhlükəsizliyi təmin etmək baxımından xüsusi rol oynayır. Vətəndaşlar başqa yerə getmədən binada lazım olan bank, tibb və poçt xidmətlərindən də istifadə edə bilərlər. Burada, həmçinin təlim otağı və elektron kitabxana da fəaliyyət göstərir.

Oğuz Rayon Məhkəməsinin yeni binası ilə tanış olan Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirdi, kollektivə uğurlar arzuladı. 

İnzibati binada Respublika Ali Məhkəməsi ilə videobağlantı yaradıldı.

Prezident İlham ƏLİYEV: Ramiz, eşidirsən bizi?

Ali Məhkəmənin sədri Ramiz RZAYEV: Bəli, cənab Prezident, Sizi eşidirəm. İcazə verin, göstərdiyiniz diqqətə, bu gözəl binalara görə Sizə bütün hakimlər adından təşəkkürümüzü bildirim və Sizi əmin edim ki, bu qərarınızın cavabı olaraq etimadınızı ən yüksək səviyyədə doğruldacağıq.

Prezident İlham ƏLİYEV: Sağ ol. Görürsən, indi nəinki Bakıda, bölgələrdə də gözəl məhkəmə binaları tikilir. Əlbəttə, Ali Məhkəmənin binası öz gözəlliyi və əzəməti ilə seçilir. Ancaq bu binalar da kifayət qədər gözəldir və müasir tələblərə cavab verir. Bütün məhkəmə işçilərini bu gözəl hadisə münasibətilə təbrik edirəm.

Dövlətimizin başçısına məlumat verildi ki, məhkəmə binasında yaradılan müasir konfrans zalı da ən son texnologiyaya əsaslanan avadanlıqla təchiz edilmişdir. Buradakı şərait hakimlərə və məhkəmə işçilərinə Ədliyyə Nazirliyinin iclaslarına, müşavirələrinə, toplantılarına, həmçinin Ali Məhkəmənin Plenumuna birbaşa qoşulmaq imkanı verir. Binada hakimlər, məhkəmə aparatı işçiləri və icra məmurlarının ən yüksək səviyyədə fəaliyyət göstərmələri üçün geniş imkanlar vardır. Burada vəkillər, dövlət ittihamçıları, şahidlər üçün də xüsusi otaqlar yaradılmışdır.

Oğuz Rayon Məhkəməsinin yeni binası ilə tanış olan Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirdi, kollektivə uğurlar arzuladı. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 13 may 2024
13:18
Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...

13 may 2024, 13:18
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
13:16
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1141-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi...

13 may 2024, 13:16
SƏNƏDLƏR Qanunlar 13 may 2024
13:14
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun...

13 may 2024, 13:14
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
12:57
“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və...

13 may 2024, 12:57