19:05
İlham Əliyev “Qax-Avto” MMC-nin avtovağzal kompleksinin açılışında iştirak etmişdir
17 noyabr 2011, 14:00
Prezident İlham Əliyev “Qax-Avto” MMC-nin avtovağzal kompleksinin açılışında iştirak etmişdir.
Azərbaycan Prezidenti avtovağzalın rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlət başçısı köhnə və yeni avtovağzalın görüntülərini, eləcə də kompleksə daxil olan yardımçı binaları əks etdirən stendlərə baxdı.
Məlumat verildi ki, müasir memarlıq üslubunda inşa olunmuş avtovağzalın tikinti sahəsi 522 kvadratmetrdir. Ərazidə yaşıllıq salınmış və dekorativ ağaclar əkilmişdir. Binada sərnişinlərin istirahəti üçün lazımi şərait yaradılmış, müasir havalandırma sistemi quraşdırılmışdır.
Bildirildi ki, ərazisi bir hektara yaxın olan avtovağzal kompleksinin tikintisinə 2010-cu ilin əvvəlində başlanılmışdır. Həyətyanı sahədə 6 min kvadratmetr əraziyə asfalt-beton örtük salınmışdır. Burada, həmçinin sərnişinlərin hərtərəfli istirahəti üçün park da yaradılmışdır. Kompleksin ərazisinin 700 kvadratmetrdən çox hissəsində ağaclar, dekorativ kollar əkilmişdir. Kompleksin işıqlandırma sistemi də mükəmməlliyi ilə diqqəti cəlb edir.
Qeyd edildi ki, ikimərtəbəli avtovağzal kompleksinə avtomobillər üçün texniki müayinə, anbar-qazanxana və mağaza binaları daxildir. Binanın birinci mərtəbəsindəki gözləmə salonunda sərnişinlər üçün hər cür rahatlıq yaradılmışdır. Burada ana və uşaq otağı da vardır. Kompleksdə sərnişinlərin əşyalarının saxlanması üçün kameralar yaradılmışdır. Dispetçer otağı da yüksək səviyyədə xidmət üçün müvafiq şəraitə malikdir. Tibbi xidmətə ehtiyacı olanlar isə həkim otağına müraciət edə biləcəklər. Avtovağzalda restoran da fəaliyyət göstərəcəkdir. İnzibati otaqlar, iclas salonu, dörd qonaq otağı kompleksin ikinci mərtəbəsində yerləşir. Bir sözlə, yeni avtovağzal kompleksdə sərnişinlərə yüksək səviyyədə xidmət göstəriləcəkdir.
Dövlət başçısı, perronda müxtəlif istiqamətlərdə hərəkət edəcək avtobuslara baxdı.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.
19:05
18:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə qərara alıram:
Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətlərinə görə Heydər...
16 may 2024, 18:0015:50
14:16
14:14
12:43
11:13
11:11
17:55
Hörmətli Forum iştirakçıları!
Sizi Kral Abdullah bin Əbdüləziz Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Lissabon şəhərində təşkil etdiyi Qlobal Dialoq Forumunun öz işinə başlaması münasibətilə...
15 may 2024, 17:5516:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...
15 may 2024, 16:0011:02
10:13