23 dekabr 2011, 17:50

Sumqayıt idmançılarından, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizin şəhərimizə hər gəlişiniz Sumqayıtın inkişafında yeni bir səhifə açır. Sizin təşəbbüsünüz və tapşırığınızla hazırlanan böyük layihələr, xüsusilə Sumqayıtın müasir səviyyədə yenidən qurulması işıqlı gələcəkdən xəbər verir.

Ötən səfərinizdə Siz söyləmişdiniz ki, Sumqayıt Bakı standartlarına yaxınlaşmalıdır. Sözləriniz artıq reallaşır. Biz bu dəyişiklikləri görür və ürəkdən sevinirik. Şəhərimiz günbəgün gözəlləşir, burada yeni iş yerləri açılır, insanların yaşayış səviyyəsi yüksəlir. Sizin fəaliyyətiniz nəticəsində bütün bölgələrdə möhtəşəm Olimpiya İdman Kompleksləri tikilir. Növbəti belə bir kompleksin Sumqayıtda istifadəyə verilməsinə görə Sizə dərin minnətdalığımızı bildiririk. Bütün bunlar insanlarda idmana marağı artırır. Ölkəmiz sözün əsl mənasında idman ölkəsinə çevrilir.

Cənab Prezident,

Biz Sizin fəaliyyətinizlə qürur duyuruq, Sizinlə fəxr edirik. Sizə Sumqayıtda idmanın inkişafında əməyi olan idman ictimaiyyəti, bütün sumqayıtlılar adından uzun ömür, cansağlığı, ailə xoşbəxtliyi arzulayırıq. Qoy bütün işlərinizdə Ulu Tanrı Sizə kömək olsun!

Hörmətlə,

Əməkdar məşqçilər Faiq Babayev, Mirağa Qiyasov, Vilayət İsgəndərov, Əməkdar Bədən tərbiyəsi və idman xadimləri Əhməddin Rəcəbli, Firdovsi Ömərov, Beynəlxalq dərəcəli hakim Qərib Əliyev, məşqçi Həmid Məmmədyarov.