İlham Əliyev Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə yola düşmüşdür

15 may 2012, 11:00
İlham Əliyev Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə yola düşmüşdür

Prezident İlham Əliyev MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə yola düşmüşdür.

Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.