İlham Əliyev Cəlilabad-Hamarqışlaq-Sadatlı kəndlərararası avtomobil yolunun açılışında iştirak etmişdir

31 iyul 2012, 17:40
İlham Əliyev Cəlilabad-Hamarqışlaq-Sadatlı kəndlərararası avtomobil yolunun açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Cəlilabad-Hamarqışlaq-Sadatlı kəndlərararası avtomobil yolunun açılışında iştirak etmişdir.

Dövlət başçısı əvvəlcə yolun texniki göstəricilərini əks etdirən stendlərə baxdı.

Məlumat verildi ki, 17 kilometrlik Cəlilabad-Hamarqışlaq-Sadatlı yolu 14 yaşayış massivinin 24 min sakininin yol probleminin həllinə böyük təsir göstərəcəkdir. Vaxtilə yalnız yay aylarında istifadəsi mümkün olan bu yol artıq müasir standartlar səviyyəsində tamamilə yenidən qurulmuşdur. Prezident İlham Əliyevin 2012-ci il 9 mart tarixli Sərəncamına əsasən çəkilmiş yolun inşasına dövlət tərəfindən üç milyon manat vəsait ayrılmışdır. Tikinti işlərini “İnşaat Servis YKT” MMC həyata keçirmişdir.

Sonra Azərbaycan Prezidenti yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Diqqətə çatdırıldı ki, dördüncü dərəcəli avtomobil yolunun eni səkkiz metrdir. Ərazidən asılı olaraq yolun 5,2–6 metrini asfalt örtüyü, iki metrini isə çiyin hissələri təşkil edir. Avtomobillərin sürət həddinin saatda 50-100 kilometr müəyyənləşdirildiyi yolda 32 su keçidi, 3 körpü sistemli suötürücü qurulmuşdur. Yolun əsası karxana materialı ilə tikilmişdir. Əsasın alt layına ələnmiş karxana materialı vurulmuşdur. Mövcud yol bir neçə yerdə sürüşmə zonasına düşdüyünə görə hündürlüyü 12-28 metrlik torpaq hissələri qazılmış və yol 50 metr sürüşmə zonasından kənarlaşdırılmışdır. Yola 90 min kvadratmetr həcmində iki qatdan ibarət asfalt döşənmişdir. Müasir standartlar səviyyəsində inşa olunan yol ilin istənilən fəslində avtomobillərin və piyadaların maneəsiz hərəkətinə imkan yaradacaqdır.

Prezident İlham Əliyev Cəlilabad-Hamarqışlaq-Sadatlı yolunda sakinlərlə görüşdü.

Sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

Prezident İlham Əliyev yeni yolun açılışı münasibətilə sakinləri təbrik etdi, tapşırıq və tövsiyələrini verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00