İlham Əliyev Nobel sülh mükafatı laureatı Kailaş Satyartini qəbul edib

10 mart 2023, 16:50
İlham Əliyev Nobel sülh mükafatı laureatı Kailaş Satyartini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Nobel sülh mükafatı laureatı Kailaş Satyartini qəbul edib.

Kailaş Satyarti X Qlobal Bakı Forumunun əhəmiyyətindən danışdı, özünün dediyi kimi, bu cür tarixi bir tədbirin yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə sıx əməkdaşlıq etməkdən məmnunluğunu ifadə etdi. Qonaq qeyd etdi ki, dünyada hazırkı zamanda bu tədbir çox böyük önəm daşıyır. O dedi: “Hazırda dünyada mədəniyyətlər arasında parçalanmanın baş verdiyi və bu sahədə ciddi təhdidlərin mövcud olduğu bir dövrdə Sizin rəhbərliyinizlə bu önəmli Forum çox lazımlı bir vaxtda təşkil edilib”.

Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Nobel sülh mükafatı laureatı Kailaş Satyartinin bu Forumda iştirakını və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə fəal əməkdaşlığını yüksək qiymətləndirdi.

Prezident İlham Əliyev ölkəmizin Qərblə Şərq arasında mədəni körpü qurulması işinə töhfə verdiyini vurğulayaraq, Azərbaycanın mütəmadi olaraq mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirdi və gələn il BMT ilə birgə Mədəniyyətlərarası Dialoq Forumunun da keçiriləcəyini diqqətə çatdırdı.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan multikultural dövlətdir, ölkəmizdə tarixən müxtəlif mədəniyyətlərin və dini konfessiyaların nümayəndələri dinc yanaşı yaşayıblar. Bununla da, Azərbaycan müxtəlif sivilizasiyaların bir araya gəlməsində mühüm rol oynayır.

X Qlobal Bakı Forumunun önəminə toxunan Azərbaycan Prezidenti çox sayda ölkədən tanınmış siyasi və ictimai xadimlərin, digər nümayəndələrin burada iştirakını tədbirin nüfuzunun göstəricisi kimi dəyərləndirdi.

Görüşdə Azərbaycanın zəngin tarixi və mədəni irsi barədə danışıldı.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 06 may 2024
12:39
“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il martın 1-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası...

06 may 2024, 12:39
SƏNƏDLƏR Qanunlar 06 may 2024
12:37
“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2024-cü il martın 1-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

06 may 2024, 12:37
SƏNƏDLƏR Qanunlar 04 may 2024
14:06
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası...

04 may 2024, 14:06
SƏNƏDLƏR Qanunlar 04 may 2024
14:04
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası...

04 may 2024, 14:04
SƏNƏDLƏR Fərmanlar 03 may 2024
16:53
Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının davam etdirilməsi, sistemliliyinin təmin...

03 may 2024, 16:53