İlham Əliyev Beyləqan şəhərinin su və kanalizasiya sistemləri kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir

28 oktyabr 2012, 14:30
İlham Əliyev Beyləqan şəhərinin su və kanalizasiya sistemləri kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir

Prezident İlham Əliyev Beyləqan şəhərinin su və kanalizasiya sistemləri kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir.

İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev Beyləqan su-kanal idarəsinin yeni inzibati binası, şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması və situasiya planı layihələrini əks etdirən stendlərə baxdı.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirdi ki, təmsil etdiyi qurum yalnız Beyləqan şəhərinin bir hissəsinə xidmət göstərir. Hazırda Beyləqan şəhərində yaşayan 15,5 min sakinin 7,6 mini və ya 49 faizi mərkəzləşdirilmiş şəbəkədən su alır.

Qalan əhali isə öz tələbatını fərdi qaydada ödəyir. Şəhərdə mərkəzləşdirilmiş içməli su şəbəkəsi 1981-ci ildə yaradılmışdır.

Mənbə kimi on subartezian quyusundan istifadə olunur. Şəhərin bir hissəsində 50 kilometr uzunluğunda su şəbəkəsi, 11,4 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi, tutumu iki min kubmetr olan iki su anbarı və iki nasos stansiyası mövcuddur. Şəhərin çirkab suları təmizlənmədən rayon mərkəzinin kənarındakı şor kollektora axıdılır. Beyləqan şəhərində mövcud su və kanalizasiya şəbəkəsi istismara yararsızdır.

Diqqətə çatdırıldı ki, Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə reallaşdırılır. Layihə çərçivəsində rayon mərkəzinin su və kanalizasiya şəbəkəsi tamamilə yenidən qurulacaq, şəhərin yaxınlığındakı Şəfəq və Əlinəzərli kəndlərinə içməli su veriləcəkdir. Bu layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Beyləqan şəhəri və ətraf iki kəndin 25 mindən artıq sakininin su təchizatının yaxşılaşdırılmasına hesablanmışdır. İki mərhələdən ibarət layihənin birinci mərhələsinə uyğun olaraq istehlakçıların dayanıqlı və keyfiyyətli su təchizatını yaxşılaşdırmaq üçün beş subartezian quyusu qazılacaq, 500 kubmetr tutumu olan iki su anbarı, nasosxana, xlorlama binası, laboratoriya tikiləcək, 10 kilometr uzunluğunda quyulararası birləşdirici və magistral su xətti çəkiləcəkdir.

Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində şəhər daxilində 77,6 kilometr su, 71 kilometr kanalizasiya şəbəkəsinin yaradılması, 3,4 min “Smart” kart tipli sayğacın quraşdırılması nəzərdə tutulur. Bunlarla yanaşı, hazırda istismarda olan iki su anbarı və nasosxana təmir olunacaqdır. Layihənin ikinci mərhələsində məhsuldarlığı sutkada 10 min kubmetr olan çirkab sutəmizləyici qurğu inşa olunacaqdır. Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasının 18 aya başa çatdırılması nəzərdə tutulmuşdur.

Dövlət başçısı kompleksin təməlini qoydu.

Prezident İlham Əliyev inşaatçılara uğurlar arzuladı. 

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 13 may 2024
13:18
Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...

13 may 2024, 13:18
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
13:16
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1141-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi...

13 may 2024, 13:16
SƏNƏDLƏR Qanunlar 13 may 2024
13:14
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun...

13 may 2024, 13:14
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
12:57
“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və...

13 may 2024, 12:57