İlham Əliyev Rəncbər-Qubalı Baloğlan-“Pir-Hüseyn” Xanəgahı avtomobil yolunun açılışında iştirak etmişdir

16 aprel 2013, 10:25
İlham Əliyev Rəncbər-Qubalı Baloğlan-“Pir-Hüseyn” Xanəgahı avtomobil yolunun açılışında iştirak etmişdir

Hacıqabul rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev Rəncbər-Qubalı Baloğlan-“Pir-Hüseyn” Xanəgahı avtomobil yolunun açılışında iştirak etmişdir.

Prezident İlham Əliyev yeni yolun, eləcə də hazırda genişləndirilən və perspektivdə genişləndirilməsi nəzərdə tutulan respublika əhəmiyyətli yolların, həmçinin Hacıqabul-Paşalı-Tağılı avtomobil yolunun texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərə baxdı.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, yeni magistralın istismara verilməsi yerli əhali ilə yanaşı, “Pir-Hüseyn” Xanəgahı Tarix-Memarlıq Qoruğuna gələn qonaqların rahatlığını tam təmin edəcəkdir. Əvvəllər sakinlər bu ərazidə torpaq və çınqıl yoldan istifadə etmişlər. Yolun inşasına “Azəryolservis” ASC tərəfindən bir ay əvvəl başlanılmış və işlərin keyfiyyətlə, eyni zamanda, qısa müddətdə görülməsi üçün bütün qüvvələr səfərbər olunmuşdur. Nəticədə rayonun mühüm yaşayış məntəqələrini birləşdirən rahat bir yol ərsəyə gəlmişdir.

Qeyd edildi ki, ümumi uzunluğu 18 kilometr, eni 6 metr olan yol dördüncü dərəcəlidir. Yeni yolun salınması zamanı bütün zəruri yol nişanları qoyulmuş, dayanacaqlar inşa edilmişdir. Yolun Bakı-Tbilisi əsas magistralından Rəncbər kəndinədək olan hissəsi 6,5 kilometr, Rəncbər kəndindən Qubalı Baloğlan kəndinə olan hissəsi 5,5 kilometr, Qubalı Baloğlan kəndindən “Pir-Hüseyn” Xanəgahı Tarix-Memarlıq Qoruğuna olan hissəsi isə 6 kilometrdir. Yeni yol Rəncbər-Qubalı Baloğlan kəndlərinin 6500-dən çox sakininə xidmət edəcəkdir.

Prezident İlham Əliyevə respublika əhəmiyyətli digər yollarda aparılan işlər, həmçinin genişləndirilən və perspektivdə genişləndirilməsi nəzərdə tutulan yollar barədə də məlumat verildi.

Sonra rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov dövlətimizin başçısına Hacıqabul-Paşalı-Tağılı avtomobil yolu barədə məlumat verdi. Bildirildi ki, dördüncü dərəcəli bu yolun ümumi uzunluğu 37 kilometrdir. Burada əsaslı təmir işlərinə ötən ilin avqustunda başlanılmışdır. Yolun 10 kilometri artıq istismara hazırdır. Azərbaycan Prezidentinin 2012-ci il dekabrın 5-də imzaladığı Sərəncamla yolun inşasına 5 milyon manat vəsait ayrılmışdır. Yolboyu müxtəlif diametrli 28 suötürücüsü qoyulmuşdur. Bu ilin avqustunda istifadəyə veriləcək və 7 yaşayış məntəqəsini birləşdirəcək yoldan 6 min sakin istifadə edəcəkdir.

Azərbaycan Prezidenti yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonra Prezident İlham Əliyev Rəncbər və Qubalı Baloğlan kəndlərinin sakinləri ilə görüşdü.

Sakinləri salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Gözəl yoldur, təzə çəkilibdir. Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm.

Kənd yollarının çəkilişi ölkə üzrə sürətlə gedir. O cümlədən Hacıqabul rayonunda da bu işlər aparılır. İndicə mənə məruzə edildi, bir bu kənd yoludur, bir də ki, digər istiqamətdə kənd yolları bərpa edilibdir. Əslində yenidən tikilir. Çünki bu yollar torpaq yolları olmuşdur. Bilirəm ki, kənd camaatı uzun illər əziyyət çəkirdi. Ancaq indi bu gözəl yol çəkiləndən sonra rahat gedib-gəlmək mümkün olacaqdır.

SAKİNLƏR: Çox sağ olun. Təşəkkür edirik.

Prezident İlham ƏLİYEV: Sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı arzulayıram. Çünki yol hər bir yaşayış məntəqəsi üçün çox önəmlidir. Yaxşı yol olmayanda istər-istəməz problem də yaranır, xüsusilə qış və payız aylarında. Gözəl asfalt yoldur, rahatdır, bir neçə kəndi birləşdirir. Digər istiqamətdə yeddi yaşayış məntəqəsini birləşdirən yol çəkilir. Gələcək illərdə hələ bu işlər davam etdiriləcəkdir. Çünki buna hələ ehtiyac vardır. Çalışmalıyıq ki, bütün kəndlərimizdə gözəl yollar olsun.

Göstərdiyi diqqət və qayğıya görə kəndlərin əhalisi adından Prezident İlham Əliyevə minnətdarlığını bildirən Qənimə İSRAFİLOVA dedi:

- Möhtərəm cənab Prezident. İcazə verin Sizi Rəncbər-Qubalı Baloğlan kəndlərinin sakinləri adından salamlayım. Kəndimizə “Xoş gəlmisiniz” deyim. Rəncbər və Qubalı Baloğlan kəndlərindən keçərək “Pir-Hüseyn” Xanəgahı Tarix-Memarlıq Qoruğuna qədər uzanan bu 18 kilometrlik gözəl asfalt yolu biz sakinlərə bəxş etdiyinizə görə Sizə hər iki kəndin sakinləri adından dərin minnətdarlığımızı bildirək, ürəkdən təşəkkür edək. Allah Sizə cansağlığı versin, ömrünüz uzun olsun. Allah Sizə yar olsun. Çox razıyıq. Sizin diqqətinizi hər dəfə görürük, hiss edirik. Kənd sakinləri adından bir təklifimiz də vardır. Hər iki kəndin əhalisinin Sizdən bir xahişi vardır. Kəndin girəcəyində dəmir yolu keçidi darısqaldır.

Prezident İlham ƏLİYEV: Mən də gördüm. Bir az ensizdir.

Qənimə İSRAFİLOVA: Oradan iri tutumlu maşınlar keçəndə problem yaranır, uzaq məsafə qət edərək gəlirlər. Bu işdə bizə kömək göstərməyinizi xahiş edirik.

Prezident İlham ƏLİYEV: Kömək göstərərik, nəqliyyat naziri də buradadır. Göstəriş verirəm ki, bu məsələ də həll olunsun. Mən də fikir verdim ki, çox ensizdir. Yəqin ki, əvvəlki illərdə tikilmişdir. Onu da genişləndirmək lazımdır ki, rahat gediş-gəliş olsun.

Qənimə İSRAFİLOVA: Təşəkkür edirik. Səmimi təşəkkürümüzü bildiririk. Çox sevindirici haldır. Rəncbər kəndinin tarixinə qızıl hərflərlə yazılacaqdır.

Prezident İlham ƏLİYEV: Bu yolun çəkilişi vətəndaşların müraciəti əsasında baş vermişdir. Siz bilirsiniz ki, biz ilk növbədə, magistral yolların təmiri ilə məşğul idik. İndi Hacıqabuldan Bakıya və digər istiqamətə getmək üçün gözəl imkanlar vardır. Ondan sonrakı mərhələdə şəhərlərarası yolların tikilməsi ilə məşğul olduq. Bu layihə də demək olar ki, başa çatmaq üzrədir. Ardıcıllıqla kənd yollarının təmiri və qurulması məsələsi diqqət mərkəzində oldu. Bu layihələrdə, əlbəttə, ilk növbədə daha çox yaşayış məntəqəsi olan yollara üstünlük verildi. Bu istiqamət üzrə cəmi iki kənd vardır. Ancaq vətəndaşların xahişini nəzərə alaraq, burada xüsusilə tarixi abidə olan “Pir-Hüseyn” Xanəgahının mövcudluğunu nəzərə alaraq bu yol da proqrama salındı.

Əminəm ki, bundan sonra da Hacıqabul rayonunda bütün digər məsələlər uğurla həll olunacaqdır. Burada digər infrastruktur layihələri, içməli su layihəsi icra edilir. Əlbəttə, içməli su, ilk növbədə, rayon mərkəzinə veriləcəkdir, ondan sonra kəndlərə. Qazlaşdırma gedir. İndi bütün kəndlərdə qaz xətləri ya çəkilibdir, ya da ki, çəkilir. Sizin kəndinizdə var, daimidir?

SAKİNLƏR: Bəli, bütün evlərdə var, daimidir. Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Belə də olmalıdır.

Qənimə İSRAFİLOVA: Sizin diqqətiniz və göstərişləriniz sayəsində. İnsan amilinə çox böyük önəm göstərirsiniz.

Prezident İlham ƏLİYEV: Əlbəttə, əsas məsələ bundan ibarətdir ki, Azərbaycan vətəndaşları rahat yaşasınlar. Sizi bir daha ürəkdən təbrik edirəm.

SAKİNLƏR: Sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00
SƏNƏDLƏR Sərəncamlar 13 may 2024
13:18
Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...

13 may 2024, 13:18
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
13:16
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1141-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi...

13 may 2024, 13:16
SƏNƏDLƏR Qanunlar 13 may 2024
13:14
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun...

13 may 2024, 13:14
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
12:57
“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və...

13 may 2024, 12:57