Vyetnam Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab Çıonq Tan Şanqa

31 avqust 2013, 17:55

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza Azərbaycan xalqı adından və öz adımdan ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Vyetnam münasibətlərinin möhkəmləndirilməsi, ənənəvi dostluq əlaqələrimizin və qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişləndirilməsi istiqamətində atdığımız addımlar bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına sülh və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 30 avqust 2013-cü il.