Zati-aliləri, əziz dostum Prezident,
İcazə verin, fürsətdən istifadə edərək yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırım.
Qəti əminəm ki, ölkələrimiz arasındakı əməkdaşlıq bundan sonra da davam edəcək və daha da möhkəmlənəcəkdir.
Hörmətli cənab Prezident, ümidvaram ki, tezliklə Sloveniya Respublikasında Sizinlə görüşəcəyəm. Məlum olduğu kimi, 2013-cü ilin dekabrında Sloveniya Respublikası və Azərbaycan Respublikası həm bizim, həm də sizin Milli Qəhrəmanımız Mehdi Hüseynzadənin - Mixaylonun 95 illiyinə həsr olunan birgə tədbir keçirəcəkdir.
Ali dövləti vəzifənizdə Sizə uğurlar arzulayıram.
Hörmətlə,
Roman Yakiç
Sloveniya Respublikasının müdafiə naziri