Özbəkistan Milli Olimpiya Komitəsinin prezidenti Umid Axmatcanovdan

25 aprel 2018, 14:20

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab İlham Əliyev.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Özbəkistan Milli Olimpiya Komitəsi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Xalqın yüksək etimadı, zəngin təcrübəniz və nüfuzunuz Sizi bundan sonra da ölkənizin rifahı naminə daha səylə çalışmağa, aktual sosial-iqtisadi məsələlərin həlli barədə mükəmməl qərarlar qəbul etməyə ruhlandıracaq.

Sizin müdrik rəhbərliyinizlə həyata keçirilən idman siyasəti sayəsində Azərbaycanın qazandığı uğurlar bizi ürəkdən sevindirir və ruhlandırır.

Azərbaycanda beynəlxalq əhəmiyyətli böyük idman tədbirlərinin keçirilməsi, eləcə də müvafiq infrastrukturun yaradılması bu nailiyyətlərin göstəricisidir. 2012-ci ildə qızlar arasında futbol üzrə U-17 dünya çempionatının, 2015-ci ildə Avropa Oyunlarının, 2016-cı ildə yeniyetmələr arasında Avropa çempionatının, 2016-cı ildən başlayaraq Formula 1 Qran-Pri yarışlarının, 2016-cı ildə Şahmat Olimpiadasının, habelə 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi buna əyani sübutdur.

Bu gün bizim əsas vəzifəmiz Özbəkistan-Azərbaycan münasibətlərini möhkəmləndirməkdən, idmanın və Olimpiya hərəkatının inkişafı sahəsində əməkdaşlığı daha da dərinləşdirməkdən ibarətdir.

Zati-aliləri, bir daha Sizə möhkəm cansağlığı, rifah arzulayır, ən yüksək ehtiramımı ifadə edirəm.

Dərin hörmətlə,

Umid Axmatcanov

Özbəkistan Milli Olimpiya Komitəsinin prezidenti